Benzin mişarı dairəvi zəncirli Ronix 4645pro

Paylaş
Məhsul Kodu: RAN152243
379,99 AZN

İstehsalçı - Ronix
Tip  -Benzin mişarı dairəvi zəncirli
Güc, Vt - 1800
Çənin həcmi, ml - 550

Yağ çəninin həcmi, ml - 260
Ölçü, sm - 41х25х28.5
Çəki, kq - 5.1


Təsvir

Ətraflı məlumat

Benzin mişarı dairəvi zəncirli Ronix 4645pro

45 sm3 həcmində və 1800 W gücündə 2-taktlı mühərrik müxtəlif funksiyaların maksimal səmərəliliyi və mükəmməl icrası üçün nəzərə tutulmuşdur. Yeni mufta sistemi dirsəkli valın dişli çarxlarla effektiv əlaqəsini təmin edir. Mühərrik işə salındıqda və mişar sərbəst fırlandıqda onun sürəti 3300 dövr/dəq təşkil edir. Muftanın qoşulduğu andan isə maksimal sərbəst fırlanma sürəti 11000 dövr/dəq-dək yüksəlir. Qaz klapanı, alışma lampası, start ipi və alovlanma sistemi 4645Pro zəncirli mişarın işə başlamasını asanlaşdıran yeni intellektual start sisteminin tərkib hissələridir. Bu, çoxlu güc və yüksək keyfiyyət deməkdir.
Daha əvvəl də qeyd edildiyi kimi, Ronix 4645Pro zənciri mişarı Walbro yapon şirkətinin yüksək keyfiyyətli karbüratoru ilə təchiz olunmuşdur ki, bu da onun uzunmüddətli istismarını həmişəkindən daha səmərəli edir. Bu diafraqma növlü karbüratorlar əsasən beton mişarları və müxtəlif bucaqlar altında işləyə bilən zəncirli mişarlarda istifadə olunur.
4645Pro zəncirli mişarın 550 ml-lik çəninə vurduğunuz yanacaq (avtomobilin çəni 45-55 litr yanacaq tutur. Bu, təxminən 100 dəfə artıqdır) Ronix mişarını işlətmək üçün lazım olan enerjinin hamısıdır. Hava ilə qarışdırılmaq üçün bu yanacaq Walbro yapon karbüratoru ilə hərəkət edir. Daha sonra hava və yanacaq qarışığı silindrə daxil olur. Silindrin içərisində bu qarışıq alışma şamı vasitəsilə alovlandırılaraq öz enerjisini sərbəstləşdirir.
Qazların təmizlənməsi sistemi yanacaq istehlakını azaltmaq və benzin tullantılarının minimuma endirmək üçün layihələndirilmişdir. Bu sistemin fəaliyyətinin nəticəsi maksimum gücdə 460 qr/kWh yanacaq istehlakıdır. Avtomatik yağlama sistemi istiqamətləndirici şin və zəncir arasındakı sürtünməni azaldır və kəsməni daha axıcı və asan edir. Tənzimlənən mexaniki yağ nasosu Ronix 4645Pro zəncirli mişarın yağlanma sistemi kimi ona daxil edilmişdir.
Ronix 4645Pro istehsalçılarının diqqət yetiridiyi ən əsas amillər rahatlıq və təhlükəsizlikdir. Korpusun titrəməyə qarşı dayanıqlı olması və onun uzunmüddətli istifadəsi zamanı yorğunluğu azaltması üçün o, mühərrikə yay və rezin vasitəsilə birləşdirilir. Ən böyük təhlükə "Əks zərbə” adlı bir problemdir ki, bu zaman zəncir sərt ağacın içərisində ilişib qalır, mühərrik isə fırlanmağa davam edir. Nəticə – arxaya istiqamətlənmiş uçan mişar (hərəkət və reaksiya haqqında düşünün - Nyutonun üçüncü qanunu). Bu, çox ciddi zədələnməyə səbəb ola bilir. Bunun həll yolu sadədir: ön tutacağın tam qarşısında yerləşən xüsusi təhlükəsizlik əyləci kəsmə zamanı yarana biləcək bu riski azaldır.
Kəsmə məhsuldarlığının artırılması üçün Ronix mişarı ABŞ-ın qabaqcıl istehsalçısının (Oregon) zənciri və istiqamətləndirici şinindən istifadə edir. Ronix 4645Pro zəncirli mişarını, xüsusən soyuq mühərriklə işə salmaq üçün onu yerə qoyun. Zəncir əyləcini oturana qədər irəliyə itələyin. Sol əlinizlə ön tutacaqdan yapışın və sağ ayağınızı arxa tutacağın üstünə qoyun. Start ipini mişar işə düşənədək çəkin. Ən əsası, əvvəlcə təlimatları oxuyun və bu aləti məlumatlandırılaraq idarə edin.
Ronix 4645Pro zəncirli mişar ilə işləmək üçün onun necə istifadə ediləcəyini bilmək kifayətdir. Qalanını güclü mühərrik, qabaqcıl dizayn və yüksək keyfiyyətli ehtiyat hissələrin öhdəsinə buraxın. Güc, dəqiqlik və orijinallıq – bütün bunlar Ronix 4645 zəncirli mişarında cəmləşmişdir.

Xüsusiyyətlər

Xüsusiyyətlər

  • Alət
    Benzin mişarlı
  • Alətin növü
    Zəncirli
  • Qidalanma
    Şəbəkə
  • Güc, Vt
    1800
  • Çəki, kq
    5.1000
  • Brend
    Ronix
  • Ölçü, sm
    41х25х28.5
  • Rəng
    göy
Rəylər

Bu məhsul haqqında rəy saxlayan ilk Siz olun

Daxil olub Rəyivizi saxlaya bilərsiniz.
Hal hazırda baxdığınız məhsul
Benzin mişarı dairəvi zəncirli Ronix 4645pro
Benzin mişarı dairəvi zəncirli Ronix 4645pro
379,99 AZN

Mövcud deyil

Sifarişin detallarını aydınlaşdırmaq üçün menecer sizinlə əlaqə saxlayacaqdır
Şərh:

Mage_Catalog
×
Qeydiyyat
Qeydiyyatdan keçərkən, Siz istifadə şərtləri ilə razı olursunuz
Hesabınız var?

Giriş